H.Kovalaynen: “Növbəti yarışda mən qalib gələcəm!”

Macarıstanda McLaren komandası ilk doqquz yarışda qazandığı qədər xal qazanıb. Lyuis Həmiltonun qələbəsini Heykki Kovalaynenin beşinci yeri tamamlayıb, amma finlandiyalı […]

Macarıstanda McLaren komandası ilk doqquz yarışda qazandığı qədər xal qazanıb. Lyuis Həmiltonun qələbəsini Heykki Kovalaynenin beşinci yeri tamamlayıb, amma finlandiyalı sürücü gələn yarışda uğur qazanmağa ümid edir…

Heykki Kovalaynen: “Bütün komandamız üçün əla yarış oldu, xüsusən də Lyuis Həmilton üçün. Ümid edirəm ki, növbəti yarışda mən qalib gələcəm! Bu uğur ondan xəbər verir ki, komandamız necə ciddi inkişafa nail olub, bu uğur bütün komandanın gərgin əməyinin nəticəsidir.

Əlbəttə, biz hamımız Felipenin səhhətini ciddi izləyirik. Mən ona tez sağalmağı və Formula1-ə tez qayıtmağı arzu edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*