H.Kovalaynen: “Mən komandaya minnətdaram”

Valensiyada McLaren komandası əldə etdiyi inkişafı bir daha sübut edib – Lyuis Həmilton və Heykki Kovalaynen startda dubl qazanıblar və […]

Valensiyada McLaren komandası əldə etdiyi inkişafı bir daha sübut edib – Lyuis Həmilton və Heykki Kovalaynen startda dubl qazanıblar və yarışda qələbə uğrunda mübarizə aparıblar, artıq ardıcıl olaraq ikinci yarışdır ki, komanda Mühəndislər Kubokunda rəqiblərinə nisbətən ən çox xal toplayır – Lyuisin ikinci yerini Heykki mövsümdə ən yaxşı nəticəsi – dördüncü yerlə tamamlayıb…

Heykki Kovalaynen: “İkinci yerdən start aldıqdan sonra dördüncü yer elə də ideal nəticə deyil, amma bu gün məın yarışdan razı qaldım. Mən komandaya minnətdarlıq etmək istəyirəm, maşın son yarışlarda təkmilləşib, amma hələlik rəqiblərə sürətdə uduzuruq. Son iki yarışda biz rəqiblərə nisbətən daha çox xallar toplayırıq, hərçənd mən daha yaxşı nəticələr istəyirəm. Artıq Spaya köklənmişəm – mən bu trası sevirəm və podiuma qalxmaq istəyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*