H.Kovalaynen İMG Worldwide şirkətilə müqavilə bağlayıb

Caterham komandasının sürücüsü Heykki Kovalaynen İMG Worldwide şirkətilə müqavilə imzalayıb – şirkət onun karyerası ilə məşğul olacaq, Heykkinin şəxsi meneceri […]

Caterham komandasının sürücüsü Heykki Kovalaynen İMG Worldwide şirkətilə müqavilə imzalayıb – şirkət onun karyerası ilə məşğul olacaq, Heykkinin şəxsi meneceri Martin Anai olacaq.

İMG Worldwide şirkətinin müştəriləri arasında Ayrton Senna, Alen Prost, Ceki Stüart kimi əfsanəvi sürücülər olub, hazırda şirkət Danika Patrikə menecerlik edir.

Heykki Kovalaynen: “Bu müqavilə sayəsində bütün diqqətimi yarışlara yönəldə bilərəm və vaxtımın çox hissəsini mühəndislərlə işimə sərf edə bilərəm. Bundan sonra mənim və komandanın qarşısında duran əsas vəzifəni reallaşdırmaq asan olacaq – Formula1-də komandanın ilk xalını qazanmaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*