Hispania yeni maşının debüt tarixini təsdiq etməyib

Hispania komandası yeni maşının debüt tarixini hələ təsdiq etməyib. Komanda F111-i mövsümöncəsi testlərin Barselonada son seriyasına hazırlayır, amma rəqiblərindən fərqli […]

Hispania komandası yeni maşının debüt tarixini hələ təsdiq etməyib. Komanda F111-i mövsümöncəsi testlərin Barselonada son seriyasına hazırlayır, amma rəqiblərindən fərqli olaraq, qarşıdakı testlərdə iş qrafiki elan etməyib.

Testlər beş gün davam edəcək, amma hər bir komanda dörd gün trasda işləyəcək – Red Bull, McLaren, Lotus Renault GP, Force İndia, Sauber, Toro Rosso, Team Lotus və Marussia Virgin komandaları testlərə martın 8-də, Ferrari, Mercedes GP və Williams komandaları isə bir gün sonra başlayacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*