Hispania testlərdə iştirak etməyəcək

Keçən il olduğu kimi, Hispania komandası mövsümə yeni maşınını test etmədən başlayacaq. Komanda dünən Barselonada yeni maşınını nümayiş etdirib və […]

Keçən il olduğu kimi, Hispania komandası mövsümə yeni maşınını test etmədən başlayacaq. Komanda dünən Barselonada yeni maşınını nümayiş etdirib və nahardan sonra trasa çıxmağı planlaşdırırdı, amma Amerikadan göndərilmiş amortizatorlar gömrükdə ilişib qalıb – əvvəlcə cümə testləri, sonra isə şənbə testləri də təxirə salınıb.

Kolin Kolles, komandanın başçısı: “Təəssüf ki, biz gömrükdən amortizatorları götürə bilmədik, ona görə də testlərə qatıla bilməyəcəyik. Həyatda bəzən belə olur, amma biz bu problemi həll edəcəyik.”

Vitantonio Liutsi və Narain Kartikeyan birinci dəfə F111-i Melburnda trasa çıxaracaqlar, əgər yerli gömrüklə problemlər olmasa…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*