Hispania starta buraxılmayıb

Vitantonio Liutsi və Narain Kartikeyan sıralanma turunda kifayət qədər yaxşı nəticə göstərə bilməyəndən sonra, Hispania komandası hakimlərdən onları starta buraxmaları […]

Vitantonio Liutsi və Narain Kartikeyan sıralanma turunda kifayət qədər yaxşı nəticə göstərə bilməyəndən sonra, Hispania komandası hakimlərdən onları starta buraxmaları üçün icazə istəyib. Reqlamentdə belə bir imkan nəzərdə tutulub.

Hakimlər üçün əsas arqument sürücülərin sərbəst yürüşlərdə göstərdikləri nəticələr olmalı idi, amma nə Liutsi, nə də Kartikeyan faktiki olaraq yürüşlərdə iştirak etmədikləri üçün, Hispania komandasına sabahkı yarışda starta çıxmağa icazə verilməyib.

Hərçənd, bəzi mütəxəssislərin fikrincə, F111 yaxşı təsir bağışlayıb və potensiallı maşına oxşayır və əgər sürücülər Malayziyada lazım olan qədər məsafə qət edə bilsələr, asanlıqla 107% həddini keçə bilərlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*