Hispania komandası N.Kartikeyanla müqaviləsini təsdiq edib

Hispania komandası təsdiq edib ki, Narain Kartikeyan 2011-ci ildə komandanın əsas sürücüsü olacaq. Xatıraladaq ki, dünən axşam hindistanlı sürücü bu […]

Hispania komandası təsdiq edib ki, Narain Kartikeyan 2011-ci ildə komandanın əsas sürücüsü olacaq. Xatıraladaq ki, dünən axşam hindistanlı sürücü bu xəbəri öz mikrobloqunda yaymışdı, amma rəsmi bəyanat yalnız bu gün səhər verilib…

Kolin Kolles: “Biz Narain Kartikeyanla böyük məmnuniyyətlə müqavilə bağladıq, mən bu sürücünü çoxdan tanıyıram, onun Jordan komandasında çıxış təcrübəsi var. Əminəm ki, onun təcrübəsi və sürəti qarşıdakı mövsümdə bizim komandaya faydalı olacaq. Biz Naraini salamlayırıq və sıx əməkdaşlığa ümid edirik.”

Narain Kartikeyan: “Mən yenidən Formula1-ə qayıtmağa çox şadam. Mən həmişə deyirdim ki, ümidimi itirmirəm. Əminəm ki, mənim sürətim və fiziki hazırlığım uğur qazanmağa kifayət edəcək. Mən Hispania komandasında debütümü və Kolleslə əməkdaşlığın canlanmasını səbirsizliklə gözləyirəm. Əlbəttə, mən birinci Hindistan Qran Prisini də gözləyirəm, ümid edirəm ki, burada mənim azarkeşlərim məni layiqincə dəstəkləyəcəklər.”

Xatırladaq ki, Narain 2005-ci ildə Jordan komandasının heyətində tam mövsüm keçirib və ABŞ Qran Prisində dördüncü yeri tutmaqla beş xal qazanıb. Keçən il hindistanlı sürücü Amerikada NASCAR seriyasında və Avropada SupeLiqa seriyasında yarışıb, Brənds Hətçdə PSV Eindhoven komandası üçün qələbə qazanıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*