Hispania-da bir yerə üç namizəd

Avropa mətbuatı Hispania komandasında Narain Kartikeyanın komanda yoldaşı yerinə üç namizəd barədə xəbər verir. Xatırladaq ki, hindistanlı sürücü ilə müqavilə […]

Avropa mətbuatı Hispania komandasında Narain Kartikeyanın komanda yoldaşı yerinə üç namizəd barədə xəbər verir. Xatırladaq ki, hindistanlı sürücü ilə müqavilə keçən həftə bəyan olunub, ikinci sürücünün adı isə hələ də çəkilməyib…

Finlandiyanın Turun Sanomat qəzetinin verdiyi xəbərə görə, namizədlər siyahısında italiyalı sürücü Davide Valsekki (keçən ilin sonunda Abu Dabidə komandanın test sürücüsü olmuşdu) və Lotus komandasının keçmiş ehtiyat sürücü malayziyalı Fayruz Fauzinin adları var. İsveçrənin Blick qəzeti Vitantonio Liutsinin adını qeyd edir – italiyalı sürücü Force İndia-dan aldığı iki milyon Avro kompensasiyanı Hispania-ya ödəyə bilər.

Yeri gəlmişkən, şayiələrə görə, Kartikeyan Hispania-dakı yerinə görə 8 milyon Avro ödəyib – bu məbləğin əsas hissəsini Hindistanın Tata avtokonserni ödəyib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*