Hər yarışa görə R.Brənsondan 250 min dollar

Bu gün Britaniya mətbuatı Virgin şirkətlər qrupu ilə Brawn GP komandası arasındakı əməkdaşlıqdan xəbər yayıb, hələlik iki yarışa müqavilə bağlanılıb […]

Bu gün Britaniya mətbuatı Virgin şirkətlər qrupu ilə Brawn GP komandası arasındakı əməkdaşlıqdan xəbər yayıb, hələlik iki yarışa müqavilə bağlanılıb – Avstraliya və Malayziya Qran Priləri üçün Riçard Brənson yarım milyon dollar ödəyəcək. Bu məbləğ üçün komanda Virgin loqotiplərini maşınlara yapışdıracaq, tərəfələrin əməkdaşlığının davamı isə FİA-nın Apelyasiya Məhkəməsinin mübahisəli diffuzorlar haqqında çıxaracağı qərarından asılı olacaq. Əgər məhkəmə protesti təmin etsə, onda diffuzorların konstruksiyasını dəyişmək lazım gələcək və müqavilənin şərtləri dəyişə bilər, əgər diffuzorlar qalsa və Brawn GP maşınları qələbə qazanmaqda davam etsələr çox güman ki, Virgin komandanın titul sponsoru olacaq.

Tom Rabiton Sports Pro-nun səhifələrində yazıb ki, komanda mövsümün əvvəlində sponsorlara elə ehtiyac duyurdu ki, Emirates aviaşirkətinə ikiillik müqavilə bağladığı təqdirdə bonus kimi titul sponsorluğunu təklif edibmiş. Amma Emirates-in direktorlar şurası bu təklifi bəyənbəyib, əvəzində çox güman ki, Virgin Group böyük məmnuniyyətlə bu vakabsiyanı tutacaq.

Mətbuata komandanın Henri Lloyd paltar firması ilə keçən həftə bağladığı müqavilənin də detalları sızıb – firma rəsmi paltar, ayaqqabl təchizatçısı statusu üçün və loqotiplərin yerləşdirilməsinə görə komandaya cəmi 800 min dollar ödəyib.

Aprelin 14-də FİA-nın Parisdəki ofisində keçiriləcək Apelyasiya Məhkəməsinin qərarı nəinki çempionatda qüvvələr nisbətinə, həm də sponsor müqavilələrinin bağlanmasına da təsir edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*