16 Dekabr 2017, Şənbə - 14:55

Həmilton və Rosberq gələn ilin təkərlərini test edəcəklər

Həmilton və Rosberq gələn ilin təkərlərini test edəcəklər

Müəllif: Elçin Zodorov, redaktor

11:27 - 07 Oktyabr, 2016

Pirelli gələn ilin təkərlərini test etmək üçün 3 komanda ilə işləyir. Mercedes AMG, Ferrari və Red Bull avqust ayından etibarən testlər edirlər və bu, mövsümün sonuna qədər davam edəcək. Testlərdən əldə edilən nəticələr bütün komandalarla paylanılır. Mövsümün sonunda isə hər bir komanda yeni təkərləri test edə biləcək.

F-1.az bildirir ki, Mercedes AMG 12-13 oktyabr tarixlərində İspaniyada yeni təkərləri test edəcək. MotorSport.com-un məlumatına görə, bu testlərdə komandanın əsas sürücüləri iştirak edəcəklər. Mercedes AMG-dən sonra isə 14-16 oktyabr tarixlərində Red Bull Əbu Dabidə testləri davam etdirəcək. Pirelli testlərə daha çox əsas sürücülərin qatılmasını istəyir. Komanda bundan əvvəlki testlərə Paskal Verlyaynla qoşulmuşdu. Lakin bu dəfə çərşənbə günü Həmilton, cümə axşamı isə Rosberqin sükan arxasına keçəcəyi bildirilir.

Red Bull-un testlərdə hansı sürücülərlə iştirak edəcəyi hələ məlum deyil. Bundan əvvəl onlar Sebastyen Bueminin xidmətindən istifadə etmişdilər.

Mercedes AMG və Red Bull-un testlərindən sonra cəmi bir quru hava təkərlərinin testi qalır – 14-16 noyabr tarixlərində Ferrari Əbu Dabidə italyan təkər istehsalçısına kömək edəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 164
Teqlər , , ,
Paylaş

logo