25 Aprel 2018, Çərşənbə - 20:25

Həmilton Ronalduya uduzub…

Həmilton Ronalduya uduzub…

Müəllif: Elçin Zodorov, redaktor

17:07 - 28 Dekabr, 2017

Hər ilin sonunda avropalı jurnalistlər ilin idmançısını seçirlər. “İlin avropalı idmançısı” adını bu dəfə Real Madrid-in portuqaliyalı superulduzu Kriştianu Ronaldu qazanıb.

F-1.az xəbər verir ki, Polşanın PAP informasiya agentliyi jurnalistlər arasında sorğu keçirib. Səsvermənin nəticələrinə görə Ronaldu hamıdan çox – 159 xal toplayıb. İkinci yeri isə 143 xalla bu il Formula1-də dördüncü titulunu qazanmış Lyuis Həmilton tutub. İlk üçlüyü tennisin canlı əfsanəsi Rocer Federer tamamlayıb – 124 xal.

Qeyd edək ki, 2014-cü ildə bu ada məhz Həmilton layiq görülmüşdü. “İlin avropalı idmançısı” seçilən digər Formula1 pilotları isə Naycel Mənsell (1992), Mika Həkkinen (1998), Mixael Şumaxer (2001, 2002, 2003) və Sebastyan Fettel (2012, 2013) olmuşlar.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 104
Teqlər , , , , , , ,
Paylaş

logo