23 Oktyabr 2017, Bazar ertəsi - 02:49

Həmilton qələbə sayında Prosta yaxınlaşır

Həmilton qələbə sayında Prosta yaxınlaşır

Müəllif: Mir Cəlal Mir Cəlallı, müəllif

00:25 - 04 Avqust, 2016

Lyuis Həmilton iki qələbə daha qazanarsa, Formula1 tarixində ən çox qələbə qazanmış sürücülər arasında ikinci olacaq.

F-1.az xatırladır ki, Lyuis Həmilton Hokenhaymda 49-cu qələbəsini qazanmışdı.

Formula1-də 2007-ci ildə debüt edən Lyuis Həmilton yarışdığı hər mövsümdə qələbə qazanıb. Onun 179 yarışda 49 qələbəsi var. Son 3 ildə keçirilən 50 yarışın 27-ni qazanmağı bacaran Həmilton hazırda Formula1 tarixinin ən çox qələbə qazanmış 3-cü sürücüsüdür.

Ən çox qələbə qazanan sürücü 91 qələbə ile Mixael Şumaxer, ikinci sırada isə 51 qələbə ilə Alen Prostdur. Həmilton 2 qələbə daha qazanarsa Alen Prosta çatacaq.

Həmilton poul saylarında da böyük bir uğura imza atmağa yaxındır. Belə ki, 55 poul ilə 3-cü olan Həmilton 10 poul daha qazanarsa, 2-ci olan Ayrton Sennaya və ondan 3 poul artıq qazanmağı bacararsa, ən çox poul qazanan Mixael Şumaxerə çata bilər.

Podium sayında isə işlər elə də asan deyil. Kariyerası ərzində Formula1-də 96 podium qazanan Həmilton gələn yarışda da podiuma çıxarsa, 97 podiumu olan Fernando Alonsoya çatacaq və bu iki sürücü 3-cü yeri bölüşəcəklər. Formula1-də ən çox podium qazanan 155 podiumla Mixael Şumaxerdir. Onun ən yaxın izləyicisi Alen Prostun isə 106 podiumu var.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 166
Teqlər , , , ,
Paylaş

logo