Həmilton Fetteli müdafiə edib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton əsas rəqibi Sebastyan Fetteli müdafiə edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü bu mövsüm titula real namizəd kimi göstərilsə də, öz səhvlərindən itirdiyi xallara görə son 4 yarışa Həmiltondan 67 xal geridə girir.

Lyuis Həmilton: “Mətbuat Sebastyana hörmət etməlidir. Bizim səviyyəmizdə olan idmançıların işi çox çətin olur. İnsanıq və səhv edə bilərik. Əsas olan bunları dəf etməkdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*