19 Noyabr 2017, Bazar - 08:42

Hans-Yoahim Ştuk: “Formula1-in problemi aerodinamikadadır…”

Hans-Yoahim Ştuk: “Formula1-in problemi aerodinamikadadır…”

Müəllif: Afgan Haji, redaktor

15:37 - 04 Fevral, 2016

Formula1-in keçmiş pilotu Hans-Yoahim Ştuk bildirib ki, Formula1-də mühərriklər üzərində işləmək lazımdır. Aerodinamika üzərində işləri isə tamamilə dondurmaq lazımdır.

F-1.az xatırladır ki, bir nçə gün əvvəl daha bir keçmiş Formula1 pilotu Bruno Senna da eyni fikirləri söyləmişdi.

Hans-Yoahim Ştuk: “Müasir yarış seriyaları, xüsusən də Formulaların bir problemi var – aerodinamika. Müasir Formulada aerodinamika çox böyük rol oynayır.

Bolidin, bir dövrəni 2 və ya 3 saniyəyə keçməsi tamaşaçı üçün önəmli deyil. Buna görə də Formula1 aerodinamikanın inkişafından imtina etməlidir. Aerodinamikanın inkişafını dondurmaqla, Formula1 böyük məbləğə qənaət etmiş olar.

Sadə aerodinamikası olan bolidləri idarə etmək daha çətindir. Yarışlar daha maraqlı keçər və Formula1 bütün problemlərini həll etmiş olar».


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 238
Teqlər , ,
Paylaş

logo