19 Noyabr 2018, Bazar ertəsi - 01:16

Haas yenilik gətirməyəcək

Haas yenilik gətirməyəcək

Müəllif: Rauf Hacıyev, redaktor

11:10 - 23 Avqust, 2018

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, VF-18-i təkmilləşdirməyin mənası yoxdur.

F-1.az xatırladır ki, gələn il aerodinamika cəhətdən bolidlərdə müəyyən dəyişilliklər olacaq. Haas komandası da bütün diqqətini növbəti mövsümə kökləyib.

Günter Ştayner: “Hər şey məlumdur. 2019-cu ilin bolidinin inkişafına bir neçə həftə əvvəl başladıq. Builki bolidi təkmilləşdirməyin mənası yoxdur. Çünki inkişafa davam etsək, yeni detalları düzəldənə qədər mövsüm sonuna çatacağıq. Son iki-üç yarışda yeni detallar çox fayda verməyəcək. Növbəti yarışlara böyük yeniliklər olmasa da, kiçik yeniliklər gətirəcəyik. Artıq yeni detallar düzəltməyi və bolidə qoşmağı öyrənmişik. Bu, 2018-ci ildə atdığımız ən böyük addımdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 140
Teqlər ,
Paylaş

logo