Haas yeni maşınını təqdim edib (video)

Formula1-in debütant komandası Haas da yeni maşınını nəzərdə tutulan tarixdən 1 gün tez - bu gün təqdim edib.

F-1.az xəbər verir ki, Ferrari mühərriyi ilə təchiz olunan və şassisi Dallara tərəfindən hazırlanmış maşın boz, qara və qırmızı rənglərə boyanıb. Maşının pantonlarının və arxa qanadın üzərində komandanın adı əks olunub.

Maşının demək olar ki, bütün hissələri Ferrari-dəndir. Komanda Formula1-dəki ilk maşınını VF-16 adlandırıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*