15 Avqust 2018, Çərşənbə - 01:11

Haas yeni bolidini təqdim edib – Haas VF-18

Haas yeni bolidini təqdim edib – Haas VF-18

Müəllif: Rauf Hacıyev, redaktor

20:09 - 14 Fevral, 2018

Haas komandası 2018-ci il bolidi VF-18-i təqdim edib.

F-1.az xəbər verir ki, amerikalılar köpək balığının qanadını xatırladan mühərrik qapağını ləğv ediblər. Bu mövsümdən icbari olan Halo isə bolidə inteqrasiya edilib. Komanda doğru sazlanmaları tapmaq üçün ağırlığı azaldıb və bunun hesabına bolid daha balanslı olacaq.

Haas komandası yeni boliddə boz, qırmızı və qara rəngləri qoruyub.

Cin Haas: “Əvvəlki bolidin zəif yerlərini aradan qaldırdıq. Beləliklə, bolidi daha stabil etməyə fokuslandıq”.

Günter Ştayner: “Bolid üzərindəki ən böyük inqilab Halodur. Aerodinamika şöbəsi bu mövzunun üzərində işlədi. Amma əsl yük konstruktorlarımızın boynuna düşdü. Bolidin çəkisi Haloya görə artdı, həm də ağırlıq mərkəzi daha yuxarıdadır. Amma bu hal hamı üçün eynidir. Reqlament keçən ilə nisbətən az dəyişdiyi üçün VF-18 keçənilki VF17-nin inqilabı sayılacaq. Yeni şey icad etməkdənsə, əvvəlki bolidi təkmilləşdirdik. Boliddə keçən ilin detallarını görmək mümkündür.

Keçən il bolidimiz güclü olsa da, həmişə maksimumu çıxara bilmədik. Bu il hər şeyi yaxşılaşdırmaq istəyirik”.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 346
Teqlər , , ,
Paylaş

ucuz paykasa paykasa bozdurma
logo