Haas yeni bolidin təqdimat tarixini açıqlayıb

Haas komandası 2017-ci il bolidini İspaniyadakı birinci mövsümöncəsi testlərdən 1 gün öncə təqdim edəcək.

F-1.az bildirir ki, amerikalılar 2017-ci il bolidi VF-17-nin təqdimatını fevralın 26-da edəcəklər. Həmin gün Red Bull və Toro Rosso komandaları da bolidlərini təqdim edəcəklər.

Xatırladaq ki, Amerika təmsilçisi Formula1-də keçən il debüt edib və Ferrari-nin mühərriyi ilə yanaşı, Dallara-nın şasisindən istifadə edir.

Haas debüt mövsümündə 29 xal toplayaraq, Mühəndislər Kubokunda 8-ci olmuşdu.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*