Haas Verlyayn ilə maraqlanır

Haas komandasının rəhbəri Günter Ştayner Paskal Verlyayn ilə maraqlandıqlarını bildirib...

F-1.az xatırladır ki, almaniyalı sürücü bu il Manor-a transfer olunub və Avstriyada komandaya builki yeganə xalını qazanıb. Verlyayn bu performansla digər komandaların diqqətini cəlb edib.

Günter Ştayner: “O Mercedes-in sürücüsüdür. Biz isə Ferrari mühərriyindən istifadə edirik. Mercedes bununla razı olarmı? Bilmirəm. O, Vandorn və Okon kimi istedadlı sürücüdür”.

Manor-dan Deyv Rayan bildirib ki, Verlyayn barədə qərar vermək üçün mövsümün sonunu gözləmək lazımdır: “Məni səhv başa düşməyin. Onun gələcəyi parlaqdır və bizim komandada olması mükəmməl olar. Amma hər şey mövsümün ikinci hissəsindəki hadisələrdən aslı olacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*