Haas komandası Sepanq trasından təzminat istəyir

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Malayziya Qran Prisinin rəhbərliyindən təzminat alacaqlar.

F-1.az xatırladır ki, ikinci sərbəst yürüşlərdə yerindən çıxan drenaj qapağı fransalı sürücünün sağ arxa təkərini partlatmış və Qrojan 17G yüklənməyə məruz qalmışdı.

Qrojan qəzadan zədə almadan çıxsa da, bolid ciddi xəsarət almışdı. Boliddəki yeni altlıq və ön qanad tamamilə məhv olmuşdi, komanda dəyən maddi ziyanı yarım milyon funt sterlinq dəyərində qiymətləndirmişdi.

Buna görə də Günter Ştayner tras rəhbərliyindən təzminat istəyib: “Bizim əlimizdən heç nə gəlmirdi. Oradan dəyən 750 min dollarlıq zərəri unuda bilmərəm. Buraya gəlmək üçün ödəmə edirik. Hamı buna görə ödəmə etməlidir. Bu barədə danışdıq və peşəkar formada qarşıladılar. Siğortaları var və görək nə edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*