Haas-ın yeni bolidini ilk olaraq Qrojan trasa çıxaracaq

HAAS komandası Barselonada keçiriləcək mövsümöncəsi ilk testlərə hər 2 sürücüsü - Roman Qrojan və Esteban Qutyerres ilə qoşulacaq.

F-1.az xəbər verir ki, Formula1-in yeni komandasının maşınının sükanı arxasına keçən ilk şəxs isə Qrojan olacaq.

Komandanın rəsmi veb səhifəsində qeyd edilib ki, testlərin ilk və 3-cü günlərində Roman Qrojan, 2-ci və 4-cü günlərində isə Esteban Qutyerres çıxış edəcək. Martın ilk günlərində keçiriləcək mövsümöncəsi 2-ci testlərdə isə sükan arxasında ilk 2 günü Qutyerres, son 2 günü isə Qrojan işləyəcək.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*