16 Noyabr 2018, Cümə - 07:46

Haas-ın cəriməsi qüvvədə saxlanılıb

Haas-ın cəriməsi qüvvədə saxlanılıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:12 - 02 Noyabr, 2018

Gözlənildiyi kimi, Haas komandasının şikayəti üzrə FİA-nın Beynəlxalq Apellyasiya Məhkəməsinin qərarı bir az əvvəl açıqlanıb – komanda İtaliya Qran Prisinin stüardlarının Roman Qrojanı diskvalifikasiya qərarından şikayət etmişdi.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, məhkəmənin qərarında deyilir: “Tərəfləri dinlədikdə, onların məhkəməyə təqdim etdikləri materialları öyrəndikdən sonra məhkəmə qərara alır:

  • 2018-ci il İtaliya Qran Prisinin stüardlarının 43 saylı qərarı qüvvədə qalsın;
  • Haas komandasının 8 nömrəli maşınının 2018-ci il İtaliya Qran Prisinin protokolundan xaric olunmasını təsdiq etmək;
  • Bu qərarın nəticələri müvafiq idman bölmələrində nəzərə alınsın.

Hazırda tərəflərə qərarın bu müddəları çatdırılıb, təfərrüatlar isə sonra dərc olunacaq”.

Haas komandasının başçısı Günter Ştayner bildirib ki, komanda məhkəmənin qərarından məyus olub: “Əlbəttə, biz apellyasiyada uduzduğumuza görə məyusuq. Amma biz gələcəyə köklənmişik və mövsümün qalan son iki yarışına hazırlaşırıq. Biz trasda mübarizəni davam etdirəcəyik, ən çox xal qazanmaqla F1-də ən yaxşı mövsümümüzü layiqlə başa vuracağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 295
Teqlər , ,
Paylaş

logo