Haas-ın bolidi qara rəngdə ola bilər

İddialara görə, komanda tünd rənglərdən istifadə edəcək.

F-1.az xəbər vermişdi ki, bu mövsüm Formula1-də debüt edəcək Haas komandası bolidini 21 fevralda Barselonada keçiriləcək mövsümöncəsi testlərdən bir gün əvvəl təqdim edəcək. Haas hələ ki, rəng seçimi etməyib. Amma keçən ilin sonunda komanda rəsmiləri bolidin tünd rəngdə ola biləcəyinə eyham vurmuşdular.

Komandanın pilotu Roman Qrojan bu gün şəxsi İnstaqram səhifəsində üzərində Haas loqotipi olan tünd-boz rəngli bolidin şəklini paylaşıb. Amma şəklin altında şərhlərdə bu barədə verilən suallara cavab verməyib.

Qeyd edək ki, komanda NASCAR-da qara və qırmızı rənglərdən istifadə edirdi.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*