17 Dekabr 2017, Bazar - 09:58

Haas ev trasında xal aldığı üçün sevinclidir

Haas ev trasında xal aldığı üçün sevinclidir

Müəllif: Rauf Hacıyev, redaktor

22:50 - 26 Oktyabr, 2016

Haas komandasının rəhbəri Cin Haas bildirib ki, Ostində 10-cu yeri tutduqları üçün çox şanslıdırlar…

F-1.az xatırladır ki, Roman Qrojan Kimi Rəykkönen və Maks Ferstappenin yarışxarici qalmasından maksimum istifadə edərək, 10-cu yeri tutmuş və bir xal qazanmışdı.

Cin Haas: “Yarışa yaxşı başladıq və çətin mübarizəyə girişdik. Digər bolidlərdən yarım saniyə yavaş idik və bununla mübarizə aparmağa çalışdıq.

Yaponiyada sıralanma turunun son sessiyasına qalmışdıq. Burada isə 1-ci və 2-ci sessiyalardan keçə bilmədik. Buna görə xoşbəxt deyildik və bizi çətin mübarizə gözləyirdi.

Yarış başlayan kimi Esteban əyləc problemi yaşadı və biz düşündük ki, bizi çətin yarış gözləyir. Amma Qrojanın bəxti gətirdi. Yaxşı iş gördü və strategiya da əla idi. Xal qazandıq. Ümid edirdik ki, Alonso və Massa arasındakı insident bizə kömək edər”.

Haas Amerikadakı fanların dəstəyindən danışıb: “Trasda gəzdim, həyəcanlı idi. İnsanlar gəldi və mənimlə salamlaşdılar. Bu doğrudan da mükəmməl idi”.

Qrojan etiraf edib ki, Amerikada xal aldıqları üçün bəxtləri gətirib, amma əlavə edib ki, komandanın performansından razıdır: “Önümüzdəki bolidlər mübarizəni dayandırdığı üçün bəxtimiz gətirdi. Haas-ın ev trasında xal almaq sevindirici haldır. Uzun müddət idi xal ala bilmirdik. Mövsümün son yarışlarında xal almaq mükəmməl hissdir. Bu, o deməkdir ki, komanda çox işləyir. Performansımızı qoruyuruq. Bu, Cini də, azarkeşləri də xoşbəxt edir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 131
Teqlər , , ,
Paylaş

logo