19 Noyabr 2018, Bazar ertəsi - 05:02

Haas bir əyləcdən istifadə edəcək

Haas bir əyləcdən istifadə edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

09:23 - 26 Fevral, 2018

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, bu il bir əyləc istehsalçısı ilə işləyəcəklər.

F-1.az xatırladır ki, əyləc sarıdan tez-tez əziyyət çəkən Amerika təmsilçisi keçən il həm Brembo, həm də Carbon İndustries əyləclərindən istifadə etsə də, problemlərdən qurtula bilməmişdi.

Günter Ştayner: “Keçən il iki fərqli əyləc istehsalçısı ilə işləsək də, nəticə ala bilmədik. Güclü paketimiz olmalıdır. Məqsədimiz hər sahədə tək istehsalçı ilə başlayıb, uğur qazanmaqdır. Hələ bolidimizi test edə bilməmişik. Barselonada rəqiblərimizin və özümüzün gücünü biləcəyik.

Əyləc cəhətdən ən çox əziyyət çəkən Romandır və onun üçün yaxşı olsa, Kevin üçün də yaxşı olacaq. Ümid edirəm ki, eyni problemi yenidən yaşamaz. Məqsədimiz etibarlı bolid düzəldib hər yarışda xal almaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 202
Teqlər , , ,
Paylaş

logo