Haas başqa sürücü ilə işləməyəcək

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, bu il cümə günü sərbəst yürüşlərində başqa sürücünün xidmətindən yararlanmayacaqlar.

F-1.az xatırladır ki, amerikalı komanda keçən il 7 Qran Prinin birinci sərbəst yürüşündə trasa ehtiyat və test sürücülərlə çıxmışdı. Amma Günter Ştayner bu proqramın komandaya zərər vurduğunu bildirmişdi.

Günter Ştayner: “Birinci sərbəst yürüşlərdə başqa sürücü ilə iştirak etməyəcəyik. Bəlkə, mövsümün sonunda bir dəfə edərik, amma keçənilki kimi olmayacaq. Bunun komandaya heç bir xeyri yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*