24 Noyabr 2017, Cümə - 17:15

Haas ABŞ-a yeniliklər gətirəcək

Haas ABŞ-a yeniliklər gətirəcək

Müəllif: Rauf Hacıyev, redaktor

06:09 - 18 Oktyabr, 2017

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Amerika Qran Prisinə ən son yeniliklərlə gələcəklər.

F-1.az xatırladır ki, amerikalılar hazırda 5-ci yer uğrunda mübarizə aparırlar və 5-ci yerdəki Williams komandasından 23 xal geridə qalırlar.

Günter Ştayner: “Amerikaya mövsümün son yeniliklərini aparacağıq və son 4 yarışda var qüvvəmizlə yarışacağıq. Bolidin altlığında bəzi dəyişikliklər etdik və bəzi şeyləri sınaqdan keçirtdik. Ümid edirəm ki, bunlardan gözlənilən performansı alarıq.

Orta qrupda mübarizə yüksək səviyyədədir və proqnoz verə bilmirik. Komandalar bir-birilərinə çox yaxındırlar və belə olanda əvvəldən heç nə demək olmur. Keçən il COTA-də xallar almışdıq. Burada ötmə etmək mümkündür və əlimizə bəzi fürsətlər düşəcək. Bunlardan maksimum istifadə edərək, gözəl xallar ala bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 443
Teqlər , , ,
Paylaş

logo