22 Oktyabr 2017, Bazar - 10:22

H.Markonun favoriti kimdir?

H.Markonun favoriti kimdir?

Müəllif: Rauf Hacıyev, redaktor

18:12 - 13 Aprel, 2017

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Fettel mövsümün sonunda Həmiltonu qabaqlaya bilər.

F-1.az xatırladır ki, Fettel və Həmilton hazırda hərəyə 43 xal toplayaraq, turnir cədvəlində ilk yerləri bölüşürlər.

Helmut Marko: “Sebastyanın yenidən çempionluq uğrunda mübarizə apardığını görmək çox gözəldir. Çində trasa təhlükəsizlik avtomobili girməsəydi, yarışı Fettel qazanacaqdı.

Çempionluq uğrunda mübarizədə Fettel və Həmiltondan birini seçəsi olsam, almaniyalını seçərdim. Onu tanıyıram və qələbənin qoxusunu alanda nələr edəciyini bilirəm. Bolidə və komandaya ayrı cür sevgi bəsləyir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 155
Teqlər , ,
Paylaş

logo