16 Dekabr 2017, Şənbə - 22:38

H.Marko: “Yeni idarəetmə – tam fərqli yanaşmadır”

H.Marko: “Yeni idarəetmə – tam fərqli yanaşmadır”

Müəllif: Elçin Zodorov, redaktor

11:10 - 18 May, 2017

F-1.az bildirir ki, Avstriya Qran Prisinin təqdimat mərasimində açıqlamalar verən Red Bull şirkətinin idman məsləhətçisi Helmur Marko Liberty Media-nın gəlişindən sonra Formula1-də baş verən dəyişikliklər barədə də danışıb.

Helmut Marko: “Red Bull-un yarış həftəsonunu daha maraqlı etmək üçün həmişə müxtəlif ideyaları olub, lakin bu ideyalar indiyə qədər çox da dəstəklənməyib. İndi isə biz Şon Bratçesə təkliflərin siyahısını təqdim etdik və bir saat kimi qısa vaxt ərzində razılığa gələ bildik. Artıq vəziyyət dəyişib – yeni rəhbərliyin məsələlərə tam fərqli yanaşması var. Bundan başqa, artıq biz texniki reqlament, mühərriklər və maliyyə məsələləri ilə bağlı intensiv müzakirələr aparırıq”.

Doktor Marko həm də Yos Ferstappenin komandadakı yeni rolunu təsdiqləyib: “Gənc sürücülərin iştirak etdiyi seriyaların bəzi mərhələləri Formula1 təqvimi ilə kəsişdiyindən mən onlarda iştirak edə bilmirəm. Buna görə də Yosdan bizi həmin mərhələlərdə təmsil etməsini xahiş etdik. Yos gənc və istedadlı sürücüləri izləyəcək. Onun bu sahədə böyük təcrübəsi var – Maksın uğurlarındakı əməyi göz qabağındadır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 077
Teqlər , , , , , ,
Paylaş

logo