H.Marko xəbərdarlıq etdi: “Pis çıxış edən gedəcək”

Red Bull keçən il Daniel Rikkardo və Daniil Kvyat cütlüyü ilə mübarizə aparmışdı. Amma Toro Rosso-da yetişən istedadlı pilotlar hər zaman Red Bull pilotları üçün təhlükə olur...

F-1.az xəbər verir ki, Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko komandanın pilotlarına xəbərdarlıq xarakterli çıxış edib: “Bizim pilotlarımız barədə proqramlarımız adətən uzunmüddətli olur. Amma bir məsələ var: yaxşı çıxış etməyən gedəcək. Görək Maks necə çıxış edəcək. Çox vaxt 2-ci il debüt ilindən daha çətin olur…”

Rikkardo və Kvyatın hələ də komanda ilə müqaviləsi var. Amma komanda Toro Rosso pilotlarını, xüsusilə də, 18 yaşlı Maks Ferstappeni itirməmək üçün Red Bull-a gətirə bilər…

 

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*