H.Marko: “Rikkardoya alternativimiz var”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, 2018-ci ilin sonunda Rikkardo komandadan ayrılmaq istəsə, buna hazır olacaqlar.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün müqaviləsi 2018-ci ilin sonunda bitir və Mercedes-lə Ferrari 28 yaşlı sürücünün xidmətində maraqlıdırlar.

Helmut Marko: “Ferstappenin 2019-cu ilin sonuna qədər müqaviləsi var. Rikkardonun isə müqaviləsi bitir. Buna görə də alternativlər axtarmalıyıq. Ayrılmaq istəsə, buna hazır olmalıyıq.

Bolidimiz inkişaf edir. Döngələrdə çox güclüyük. Bolidimiz asfaltla ilişmədə və asfaltayatmada güclüdür. Mövsümə pis başlasaq da, Barselonadan etibarən doğru addımlar ata bildik. Bizim üçün mövsüm o andan etibarən başladı. Avstriya və Macarıstanda çox güclü idik. Maksın bəxti gətirmədi. Mübarizəni dayandırdığı yarışlarda yuxarı pillələrdə idi. Daniel isə o yarışlarda podiuma yüksəldi. Gələn il güclü olacağıq. Bundan başqa aerodinamik boruda iş rejimini dəyişmişik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*