18 Oktyabr 2018, Cümə axşamı - 00:32

H.Marko: “Rikkardo 4-cü gün qərarını verdi”

H.Marko: “Rikkardo 4-cü gün qərarını verdi”

Müəllif: Rauf Hacıyev, redaktor

12:01 - 04 Avqust, 2018

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Rikkardonun ayrılacağı həftənin 4-cü günü məlum olub.

F-1.az xatırladır ki, avstraliyalı sürücü gələn ildən Renault-da yarışacaq və iki ilə 40 milyon avroya yaxın maaş alacaq.

Helmut Marko: “Heç bir səbəb yox idi. Dördüncü gün oturmuşdum. Rikkardo mənə zəng edib danışmaq istədiyini dedi. Bir az danışandan sonra dedi ki, gələn il Red Bull-da olmayacaq. Bütün karyerasını burada keçirtiyini və dəyişiklik etmək istədiyini dedi. Həyatının 10 ilini bizimlə keçirdi. Biz bir ailə kimiyik və hər ailədə olduğu kimi fərdlər dəyişiklik istəyib ayrıla bilərlər. İndi Maksa komanda yoldaşı axtaracağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 85
Teqlər , ,
Paylaş

logo