H.Marko: “Mercedes hamı ilə məzələnir”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Mercedes bütün rəqibləri ilə məzələnir.

F-1.az xatırladır ki, Lyuis Həmilton Avstraliyada ən yaxın rəqibinə 0.65 saniyə fərq ataraq poul qazansa da, yarışda virtual təhlükəsizlik maşınına görə ikinciliyə razı olub.

Helmut Marko: “Mercedes hamı ilə məzələnir. Yarışda və ya sıralanma turunda istədikləri vaxt istədikləri mühərrik rejiminə keçib sessiyaya nəzarət edirlər. Ferrari-nin Mercedes-dən 0.5 saniyə geridə olduğunu deyəndə heç kim inanmamışdı. Lakin haqlı olduğumu hamı gördü. Onlar məğlubedilməzdirlər.

Bizim də bolidimiz yaxşıdır. Buna görə onlara yaxın ola bilirik. Ancaq mühərrik reqlamenti belə olduğu halda, vəziyyət 2021-ci ilə qədər dəyişməz olaraq qalacaq. Ferrari də artıq özünə gəlib. Bilirlər ki, bu mühərriklə Mercedes-lə mübarizə apara bilməzlər. Bəxtləri gətirdiyi üçün qələbə qazandılar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*