H.Marko: “Kvyatın gələcəyinə yayda qərar veriləcək”

Red Bull komandasının idman direktoru Helmut Marko bildirib ki, Daniil Kvyatın gələcəyi ilə bağlı qərarı yayda verəcəklər.

F-1.az xatırladır ki, rusiyalı sürücü keçən il Soçi yarışında Fettellə insident yaşamış və buna görə də Red Bull komandasından Toro Rosso-ya göndərilmişdi. Bəzi şayiələrə əsasən isə, komanda bu ilin sonunda Kvyatı göndərib yerinə GP2 üzrə son Dünya Çempionu Pyer Qaslini gətirmək istəyir.

Helmut Marko: “Daniilin performansı çox yaxşıdır. Özünə güvənir və komandadan ayrılması üçün səbəb görmürəm. Yaxın gələcəkdə onun Red Bull-a transferini gözləmirəm. Hazırda iki güclü sürücümüz var və onlarla davam etmək istəyirik. Komandada qalıb-qalmayacağına yayda qərar verəcəyik. Ümumilikdə güclüdür. Keçən il yaxşı performans göstərməsi çətin idi, çünki mövsüm davam edərkən komandasını dəyişdirmişdi. Bu il isə işlər onun üçün yaxşı gedir və istedadını göstərə bilər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*