16 Dekabr 2017, Şənbə - 15:11

H.Marko: “Kvyata pis xəbər vermək heç də asan deyildi”

H.Marko: “Kvyata pis xəbər vermək heç də asan deyildi”

Müəllif: Rauf Hacıyev, redaktor

19:23 - 08 İyul, 2016

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Daniil Kvyata Red bull-dan göndərildiyi ilə bağlı xəbər vermək onun üçün heç də xoş olmayıb…

F-1.az xatırladır ki, Kvyat ard-arda etdiyi səhvlərdən sonra Red Bull-dan Toro Rosso-ya göndərilmişdi və onu Maks Ferstappen əvəz etmişdi. Ferstappen Red Bull ilə çıxdığı ilk yarışdan qələbə ilə ayrılmışdı və Red Bull-un doğru addım atdığı ilə bağlı şərhlər artmışdı.

Bu qərarı alan adamlardan biri də Helmut Marko idi. Marko bildirib ki, Kvyata pis xəbər vermək onun həyatında xoş olmayan anlardan biri olub: “Bu pis vəziyyət idi. Komanda olaraq ən yaxşı bolidi və ən güclü iki sürücünü istəyirik. Daha çox xal almağa ehtiyacımız var. Üçüncü yer ilə dördüncü yer arasındakı fərq 20 milyondur. Bu sponsor axtarışında da işimizi asanlaşdırır. Kvyata pis xəbər verdiyim an heç də xoş an deyildi. Amma biz Red Bull-un xeyri üçün işləməliyik. Daha sonra gördük ki, düzgün qərar vermişik. Ferstappen top komandalarda yarışa biləcəyini göstərdi. Kvyat isə Toro Rosso-da özünü göstərmək istəyir”.

Marko Kvyatın 2017-ci ildə Toro Rosso-da yarışa biləcəyini deyib: “Biz istəyirik ki, Toro Rosso mühəndislər kubokunda 4-cü və ya 5-ci olsun. Bu iki yaxşı sürücü ilə mümkündür. Yeni olsun deyə sürücü transfer etmək istəmirik. Yarış qazanmaq potensialı olan sürücü olsa, gətirərik. Amma hazırda belə bir sürücü yoxdur. Heyət dəyişməz olaraq qala bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 139
Teqlər , , , ,
Paylaş

logo