20 Oktyabr 2017, Cümə - 20:02

H.Marko: “Kvyat zəif idi”

H.Marko: “Kvyat zəif idi”

Müəllif: Rauf Hacıyev, redaktor

21:25 - 16 Mart, 2017

Red Bull komandasının idman məsləhətçisi Helmut Marko bildirib ki, Kvyat Rikkardo ilə mübarizə aparacaq gücdə olmadığı üçün onu qovublar.

F-1.az xatırladır ki, keçən il Rusiya yarışından sonra Daniil Kvyat Toro Rosso-ya göndərilmiş və Maks Ferstappen Red Bull komandasına gətirilmişdi.

Helmut Marko: “Daniil keçən il Rikkardo ilə Ferstappen kimi mübarizə apara bilməzdi. Rikkardo çətinə düşəndə daha yaxşı performans göstərdi. Buna görə də komandanın mənfəətlərini düşünməli idik. Tras üzərində rəqabət olsa, komanda daha yaxşı nəticələr alar. Keçən il Daniel və Maks bir-birinə hörmətlə yanaşdılar. Bu da komandanın inkişafına kömək etdi. Bu il Ferrari və Mercedes sürətli görünür. Renault-nun rəqabətədavamlı mühərriyi ilə biz də mübarizəyə qoşulacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 467
Teqlər , , , , ,
Paylaş

logo