H.Marko: “Kvyat özünə güvənməlidir”

Rusiya Qran Prisindən sonra Red Bull-dan Toro Rosso-ya göndərilən Daniil Kvyat geridə qoyduğumuz yarışlarda komanda yoldaşı Karlos Saynsa çatmaqda çətinlik çəkir.

F-1.az xatırladır ki, Almaniya Qran Prisindəki zəif çıxışdan sonra özünü yaxşı hiss etmədiyini bildirən rus sürücü psixoloji cəhətdən də pis vəziyyətdə olduğunu bildirmişdi. Onun pis çıxış etməsinin Red Bull rəhbərliyinin gözündən qaçmadığı, mövsümün sonunda komandadan göndəriləcəyi bildirilir.

Helmut Marko: “Kvyatın özünə güvənməsi üçün bir neçə yarışda yaxşı çıxış etməyə ehtiyacı var. O, yaxşı sürücüdür və bunu bacara bilər. Hokkenhaymdakı yarışda Toro Rosso-nun gətirdiyi yeniliklər kifayət qədər yaxşı deyildi və o da bu vəziyyətə hazır deyildi. O, özünə daha çox güvənməlidir”.

Qeyd edək ki, gələn il onun yerinə Pyer Qaslinin keçəcəyi bildirilir…

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*