17 Oktyabr 2018, Çərşənbə - 04:54

H.Marko: “Kvyat mövsümün əvvəlində mənəvi cəhətdən zəif idi”

H.Marko: “Kvyat mövsümün əvvəlində mənəvi cəhətdən zəif idi”

Müəllif: Rauf Hacıyev, redaktor

10:18 - 24 İyun, 2016

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Daniil Kvyat mövsümün əvvəlində mənəvi cəhətdən zəif olub…

F-1.az xatırladır ki, Kvyat Çin QP-də podiuma çıxsa da, Rusiyada Fettellə insident yaşadığı üçün Toro Rosso-ya göndərilmişdi. Bakıdakı sıralanma turunda Saynsı məğlub edən Kvyat, Toro Rosso-ya qayıtdıqdan sonra ilk dəfə ispaniyalıdan üstün olub.

Marko düşünür ki, Kvyat artıq özünə gəlir: “Kvyatın necə reaksiya verdiyini görürsünüzmü? Orada (Toro Rosso) əla işlər görür. Kvyat mövsümün əvvəlində mənəvi cəhətdən zəif idi. Səbəbini bilmirəm, amma indi daha yaxşıdır. Əgər belə davam etsə, Toro Rosso-da yarışmağa davam edə bilər. O yaxşı sürücüdür”.

Marko xatırladıb ki, onların Kvyatla müqaviləsi var: “Son qərarı o yox, biz verəcəyik. Onunla müqaviləmiz var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 204
Teqlər , , , , ,
Paylaş

logo