H.Marko: “Honda-nı araşdırdıq”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Honda ilə bağlı araşdırma aparıblar və inanırlar ki, yaponlar yaxşı potensiala sahibdirlər.

F-1.az xatırladır ki, Toro Rosso komandası gələn ildən etibarən Honda mühərriklərindən istifadə edəcək. Amma bu qərar bəzi mütəxəssislər tərəfindən heç də birmənalı qarşılanmayıb.

Helmut Marko: “Honda ilə bir neçə dəfə əlaqə saxladıq və araşdırmalar apardıq. Gələcəklə bağlı ümidlərimiz var. Sinqapurda iki McLaren sürücüsü də onluqda idi və bu da Honda-nın inkişafını göstərir. Davamlı inkişaf edirlər. Həm də maliyyə cəhətdən yaxşı vəziyyətdədirlər və bunu performansla birləşdirsələr, çox güclü ola bilərlər. Təbii ki, yaponların mentaliteti avropalılardan fərqlidir və bunu yaxşı təhlil etmək lazımdır. Ümid edirəm ki, gələn il Toro Rosso ilə yaxşı nəticələr alarlar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*