16 İyul 2018, Bazar ertəsi - 08:57

H.Marko: “Honda ilə sıx əməkdaşlıq edəcəyik”

H.Marko: “Honda ilə sıx əməkdaşlıq edəcəyik”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:17 - 01 Dekabr, 2017

Gələn ildən Honda şirkəti Toro Rosso komandasını güc qurğusu ilə təchiz edəcək və paddokda gəzən şayiələrə görə, növbəti mövsümdən yaponlar ana komanda ilə – Red Bull komandası ilə əməkdaşlığa başlaya bilərlər.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, komanda Honda-ya hər cür kömək etməyə hazırdır…

Helmut Marko: “Hazırda biz Honda və Toro Rosso ilə intensiv işləyirik ki, gələn il onların maşını rəqabətədavamlı olsun. Biz Honda-nın tərəqqisindən çox razıyıq və əminik ki, gələn ilin əvvəlində onlar daha güclü olacaqlar”.

Marko əlavə edib ki, Honda motorçuları Red Bull Technology Center-in infrastrukturundan da istifadə edə bilərlər. Qeyd etmək lazımdır ki, bu mərkəzdə Toro Rosso-nun deyil, məhz Red Bull komandasının maşınları hazırlanırlar. Beləliklə, güman etmək olar ki, Honda və Red Bull-un əməkdaşlığı Toro Rosso-ya mühərrik təchizatı çərçivəsindən kənara çıxır…

Helmut Marko: “Biz ümid edirik ki, Honda irəliyə doğru böyük addım atacaq. Biz onların inkişaf tempini izləyəcəyik, sonra isə, yəni mövsümün ortasında biz özümüzün inkişaf istiqamətini müəyyən edəcəyik…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 316
Teqlər , , , , ,
Paylaş

logo