26 Sentyabr 2018, Çərşənbə - 19:07

H.Marko: “Honda ilə alınmasa, Red Bull gedəcək…”

H.Marko: “Honda ilə alınmasa, Red Bull gedəcək…”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:10 - 04 Sentyabr, 2018

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko hesab edir ki, əgər qarşıdakı iki mövsümdə komanda Honda motorları ilə uğur qazanmasa, çempionatdan gedə bilər.

F-1.az xatırladır ki, Red Bull uzun illər əməkdaşlıq etdiyi Renault-dan ayrılaraq gələn ildən Honda motorlarına keçəcək. Bu il yapon güc qurğusu Toro Rosso-nun maşınlarında çalışır…

Helmut Marko: “Biz qarşıdakı bir neçə ildə Honda ilə tərəfdaşlığa çox şadıq. Amma, əgər hər hansı bir səbəb üzündən əməkdaşlığımız məhsuldar olmasa, yəni biz istədiyimiz nəticəni ala bilməsək, Red Bull çempionatı tərk edəcək.

Hələlik Honda-nın Toro Rosso ilə əməkdaşlığı əla davam edir, gələn il isə yeni motorlar Red Bull maşınlarında da çalışacaq və biz ümid edirik ki, 2019-cu ildə onlar Renault-dan güclü olacaqlar.

McLaren-də baş verənlərdən sonra Honda keçən ilin sonunda çempionatdan getmək istəyirdi, biz intensiv danışıqlar keçirməli olduq, onları inandırdıq ki, qalıb bizimlə hər şeyi yenidən başlamaq lazımdır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 157
Teqlər ,
Paylaş

logo