H.Marko: “Həmiltonda olan qatil instinkti Rosberqdə yoxdur”

Red Bull şirkətinin idman direktoru Helmut Marko bildirib ki, Həmiltonu Rosberqdən ayıran əsas amil qatil instinktidir...

F-1.az xatırladır ki, Niko Rosberq 2014-cü və 2015-ci illərdə Həmilton ilə iki dəfə çempionluq mübarizəsi aparıb və hər ikisində də məğlub olub. Almaniyalı sürücü bu mövsümə mükəmməl başlasa da, Həmilton onu yenidən qabaqlaya bilib.

Helmut Marko: “Həmiltondakı bitiricilik qabiliyyəti, yəni qatil instinkti Rosberqdə yoxdur. İlin sonunda bu amil çox fərq yaradacaq”.

Mark Zurer də eyni fikirdədir: “Lyuis Həmilton bu il 4-cü dəfə Dünya Çempionu olacaq. Niko mövsümün əvvəlində fərqi açanda hamı dedi ki, Həmilton məğlub olacaq. Amma indiki vəziyyətə baxın. Niko mükəmməl sürücüdür, amma Həmilton əsl döyüşçüdür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*