H.Marko: “Fettel bizə təşəkkür etməlidir”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Fettelin qələbəsində Həmiltonu arxasında saxlayan Ferstappenin danılmaz rolu var.

F-1.az xatırladır ki, Həmilton yarışın ilk hissəsində birinci yerdə olsa da, təkərləri tez yeyildiyi üçün pitə erkən girmış və Ferstappenin arxasında qayıdaraq vaxt itirmişdi. Bundan istifadə edən Fettel trasda bir az çox qalaraq, pit çıxışında britaniyalı sürücünü qabaqlamış və yarışı 10 saniyəlik fərqlə qazanmışdı.

Helmut Marko: “Öz yarışımızla məşğul idik və sürətli dövrələr vura bilirdik. Məncə, Volff taktika cəhətdən nə etdiyini və bolidin trasa harada qayıdacağını bilməlidir. Fettel bizə təşəkkür etməlidir, çünki yarışı qazanmasında danılmaz rolumuz oldu.

Bizim isə sıralanma turunda tempimiz aşağı olsa da, yarış sürətimiz yaxşı idi. Ferstappen Rəyklönenə çatdı. Yarışda sərbəst yürüşlərə və sıralanmaya nisbətən daha yaxın idi. Təkərlərin yeyilməsi də yaxşıdır. Mercedes və Ferrari-yə nisbətən daha yumşaq təkər (SuperSoft) götürdük və problem yaşamadıq. Yanacaq və mühərrikdə də problem yox idi.

Yarışın sonunda daha sürətli ola bilərdik, amma əyləclərdə problem var idi və riskə getmədik. Buna görə də Maksdan yavaşlanmasını istədik. Təbii ki, bu asan qərar deyildi, amma əsas təhlükəsizlik idi. Məncə, problem olmasaydı, Maks rahatlıqla keçərdi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*