23 Oktyabr 2017, Bazar ertəsi - 02:32

H.Marko: “Ferstappenin ən zəif nöqtəsi səbirsizliyidir”

H.Marko: “Ferstappenin ən zəif nöqtəsi səbirsizliyidir”

Müəllif: Rauf Hacıyev, redaktor

08:22 - 02 Dekabr, 2016

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Maks Ferstappenin yeganə zəif nöqtəsi onun səbirsiz olmasıdır.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu ilin Barselona yarışından etibarən Toro Rosso-dan Red Bull-a keçmiş və mükəmməl performans göstərərək, hamının diqqətini cəlb etmişdi. Amma 19 yaşlı sürücünün ikili mübarizələrdə aqressiv davranması onun sərt tənqidlərə tuş gəlməsinə səbəb olmuşdu.

Helmut Marko
: “Bəzən səbirsiz olmasa, zəif tərəfi yoxdur. Bəzən bir az gözləyib işlərin qaydasına girməsini gözləməkdənsə, işləri çətinləşdirir. Amma artıq o yavaş-yavaş dəyişir.

Onunla yeni tanış olanda 15 yaşı var idi. Amma buna baxmayaraq, özünü 26 yaşlı adam kimi aparırdı. Özünə çox güvənirdi. O vaxtdan 3 il keçib və hər şeyi çox tez öyrənir. Eyni səhvi ikinci dəfə təkrar etmir. Buna görə də çempionluq mübarizəsinə hazırdır. Əlavə hazırlığa ehtiyacı yoxdur. Oyunun adını bilir.

Red Bull komandası ilə çıxdığı ilk yarışı qazanaraq sürücülərin çoxundan üstün olduğunu göstərdi. Bəli, iki Mercedes sürücüsü bir-birlərini vurub çıxardıqları üçün qələbə bizə qaldı, amma Braziliyada göstərdi ki, o ortabab pilot yox, ən güclülərdən biri olacaq. O, idmana yeni bir ənənə gətirir. O, rəqiblərinə göstərdi ki, yarış necə olur.

Senna və Şumaxerin debütlərini xatırlayıram. Onlar da yeni ənənələr gətirmişdilər və öz dövrlərində şok effekti yaradaraq rəqiblərini oyandırdılar. Onları da çox tənqid etmişdilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 000
Teqlər , , , , ,
Paylaş

logo