H.Marko: “Ferstappen heç bir yerə getməyəcək!”

Red Bull şirkətinin idman məsləhətçisi Helmur Marko bildirib ki, Maks Ferstappeni əsas rəqibləri olan Ferrari-yə buraxmayacaqlar.

F-1.az xatırladır ki, Red Bull komandası mövsümə çox pis start verib və buiki ən böyük uğurları Çində Maks Ferstalppenlə qazandıqları podiumdur. Məşhur Formula1 şərhçisi Martin Brandl bildirmişdi ki, hollandiyalı sürücünün məyusluğu üzündən oxunur.

Helmut Marko: “Son vaxtlar sürücülərimiz barədə çoxlu dedi-qodular çıxır. Ferstappenin hələ də komanda ilə müqaviləsi var və burada çox xoşbəxtdir. Ferrari və ya başqa komandalarla müqavilə bağlamayacaq. Bu barədə çıxan xəbərlər reallığı əks etdirmir.

Bəli, yeni mövsümə rəqabətədavamlı bolidlə başlaya bilmədik və buna görə də narahatıq. Növbəti yarışlarda Ferrari və Mercedes-lə qələbə uğrunda mübarizə aparmaq istəyirik. Biz icazə vermədiyimiz halda, sürücülərimiz heç bir yerə gedə bilməz və biz də buna izin verməyəcəyik!”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*