20 Oktyabr 2017, Cümə - 22:03

H.Marko: “Ən yaxşı cütlük bizdədir”

H.Marko: “Ən yaxşı cütlük bizdədir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:09 - 13 Aprel, 2017

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, hazırda ən güclü sürücülərə sahibdirlər.

F-1.az xatırladır ki, Red Bull komandasının sürücüləri Maks Ferstappen və Daniel Rikkardo keçən il ümumilikdə 2 yarış qazanmışdılar. Amma bu il Red Bull komandası rəqabətədavamlı olmadığı üçün əsas rəqiblərindən geri qalırlar.

Helmut Marko: “Sürücülərimiz arasında mükəmməl balans qurmuşuq və hazırda peletonda ən yaxşı cütə sahib olan komanda bizik. Bolidimiz istənilən səviyyədə olmasa da, sürücülərimiz hesabına bu çatışmazlığı aradan qaldırmağa çalışırıq. Hazırda Həmilton və Fettel öndədirlər. Biz isə Bottasla Rəykköneni geridə qoyaraq zərəri minimuma endirmək istəyirik. Barselonada daha güclü bolidlə yarışacağıq. O vaxta qədər fərqin artmasına icazə verməməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 528
Teqlər , , ,
Paylaş

logo