H.Marko: “DRS real ötmələrin qarşısını alır”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, DRS əsl ötmələrə icazə vermir.

F-1.az xatırladır ki, Formula1-in yeni idman direktoru Ross Braun bildirimişdi ki, DRS Formula1-dəki ötmələri süniləşdirir və bunun üçün yeni həll yolları axtarırlar.

Hazırda DRS-in idmandakı gələcəyi müzakirə mövzusuna çevrilib. Xüsusən də Braun gəldikdən sonra əksəriyyət DRS-dən şikayət etməyə başlayıb. Helmut Marko da bu dəstəyə qoşulub: “DRS ikinəfərlik mübarizədə öndəki sürücünü çarəsiz vəziyyətə salır. Arxadakı sürücü yanınızdan asanlıqla keçib gedir və siz heç nə edə bilmirsiniz. Bu real ötmə deyil. Ən yaxşı sürücülərə baxın. Onların ən böyük istedadlarından biri əylənmə zonasındakı ustalıqlarıdır. Alen Prost və Ayrton Senna kimi sürücülərin dövründə yarışın nəticəsini doğru ötmə təyin edərdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*