19 Noyabr 2017, Bazar - 01:34

Gülhüseyn Abdullayevdən iki podium!

Gülhüseyn Abdullayevdən iki podium!

Müəllif: Elçin Zodorov, redaktor

19:28 - 18 Mart, 2016

Bu ilin yayında ölkəmizdə baş tutacaq Formula1 üzrə Avropa Qran Prisinin səfirlərindən biri Gülhüseyn Abdullayev bu gün Formula Gulf 1000 seriyasında ölkəmizi layiqincə təmsil edib.

F-1.az xatırladır ki, Gülhüseyn bu il ölkəmizi Avropanın Formula3 çempionatında təmsil edəcək. Qış fasiləsindən hazırlıq kimi istifadə edən həmyerlimiz ərəb ölkələrinin keçirdikləri Formula Gulf 1000 seriyasının bəzi yarışlarını qatılıb.

Çempionat 7 mərhələdən ibarətdir və hər mərhələdə iki yarış keçirilir. Gülhüseyn çempionata 4-cü mərhələdən qatılıb və yanvar ayının sonunda keçirilən ilk yarışda 3-cü olsa da, ikinci yarışda fanatlarını ilk qələbəsi ilə sevindirmişdi.

Bir ay əvvəl baş tutmuş 5-ci mərhələdə rəqibləri artıq olunla hesablaşmalı olmuşdular. Dubay trasında artıq bələd olan gənc həmyerlimiz ilk yarışı 2-ci, növbəti yarışı isə 1-ci yerdə başa vurmaqla aktivinə daha iki podium yazmışdı.

Bu gün çempionatın 6-cı mərhələsi Əbu Dabinin Yas Marin trasında baş tutub. Bu tras Formula1 fanatlarına yaxşı tanışdır. Elə həmyerlimizin bu trasda debütü də uğurlu alınıb. Hər iki yarışda 2-ci yerdən start alan Gülhüseyn finiş xəttini də eyni mövqedə keçib. Hər iki yarışda qələbəni danimarkalı gənc sürücü Kato Poulsen qazanıb və çempionatda rəqibləri üçün əlçatmaz olub.

Podiumda bayrağımızı dalğalandıran Gülhüseyni təbrik edirik və çempionatın iki həftə sonra keçiriləcək son yarışında qələbə arzulayırıq.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Manşet
Mənbə
Baxış Sayı 1. 662
Teqlər ,
Paylaş

logo