22 İyun 2018, Cümə - 15:32

Gülhüseyn Abdullayev yenə də birinci oldu!!! (video)

Gülhüseyn Abdullayev yenə də birinci oldu!!! (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:13 - 23 Fevral, 2018

Əbu Dabidə Yas Marina trasında Formula Gulf Academy Çempionatının növbəti mərhələsi arxada qalıb. Bu mərhələyə qatılan həmyerlimiz Gülhüseyn Abdullayev son yarışın qalibi olub.

F-1.az bildirir ki, Azərbaycanı F4 və F3 çempionatlarında layiqincə təmsil edən həmyerlimiz qış fasiləsindən faydalı yararlanmaq məqsədilə Yaxın Şərqə yollanıb.

Əbu Dabidə Gülhüseyn Formula Gulf Academy Çempionatının sıralanma turunda 3-cü nəticə göstərib. Çempionatın formatına görə iştirakçılar 9 dövrədən ibarət 3 yarışda güclərini sınamalı olublar. İlk yarışda sürücülər sıralanma turunun nəticələrinə uyğun, digər yarışlarda isə əvvəlki yarışın finişinə uyğun start alırlar.

Birinci yarışda 3-cü yerdən start alan həmyerlimiz qəzaya uğrayaraq mübarizəni vaxtından əvvəl dayandırıb. Ona görə də ikinci yarışda sonuncu yerdən start alan Gülhüseyn bir-birinin ardınca gözəl ötmələrlə rəqiblərini arxada qoyaraq finişdə 3-cü ola bilib. Nəhayət, son yarışa da 3-cü yerdən başlayan Gülhüseyn bu dəfə finiş xəttini birinci keçərək Azərbaycanın bayrağını yüksəklərə qaldırıb…

Gülhüseyn Abdullayev: “Aşağı seriyalarda mövsümlərarası fasilə zamanı testlər olmur. Ona görə də sürücülər müxtəlif seriyalara qatılırlar ki, həm fiziki formalarını gücləndirsinlər, həm də sürücülük vərdişlərini təkmilləşdirsinlər. Mən də qərara aldım ki, Asiya çempionatlarından birinə qatılım.

Güclü rəqiblərim var idi. Əgər birinci yarışda önümdəki sürücü döngədə səhvə yol verməsəydi, qəza da olmazdı, həmin yarışı da yüksək yerdə bitirə bilərdim. Ona görə də bu həftə yalnız bir qələbə ilə kifayətlənməli oldum.

Amma həm özümə, həm də mənə etibar edənlərə və dəstəkləyənlərə sübut etdim ki, yaxşı formadayam və qələbə üçün “acmışam”. Ümid edirəm ki, F4 seriyasında bu il daha uğurlu çıxış edə biləcəm”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Manşet
Mənbə
Baxış Sayı 2. 415
Teqlər ,
Paylaş

logo
kecioren evden eve nakliyat gaziantep evden eve nakliyat mardin evden eve nakliyat alucrabeylikduzu escort beylikduzu escort bayan hacklink hacklink
antalya escort antalya jigolo