22 Noyabr 2017, Çərşənbə - 20:47

Gülhüseyn Abdullayev qalib gəlib!!!

Gülhüseyn Abdullayev qalib gəlib!!!

Müəllif: Elçin Zodorov, redaktor

18:47 - 29 Yanvar, 2016

Həmyerlimiz yarışa dünənki sərbəst yürüşlərdən qoşulmuş və ilk iki seansda 5-ci, 3-cü seansda isə 3-cü olmuşdu. Onun bu seriyada iştirak etməsinin səbəbi qarşıdakı mövsümdə mübarizə aparacağı EuroFormula Open seriyasına hazırlaşmaqdır.

F-1.az xəbər verir ki, gənc pilotumuz, Azərbaycanı dəfələrlə kartinq yarışlarında uğurla təmsil etmiş Gülhüseyn Abdullayev indicə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Formula Gulf 1000 yarışında mübarizəsini uğurla başa vurub.

Bu gün keçirilən hər iki yarış üçün vahid sıralanma turu tətbiq edilib. Bu seansda 3-cü olan Gülhüseyn ilk yarışda bir qədər pis start alıb. Cəmi 10 dövrədən ibarət olan yarışda startdakı uğursuzluğa baxmayaraq 3-cü olub. Danimarkalı Kato Poulsen 1-ci, səudiyyə ərəbistanlı Maşur Bal Hacelia 2-ci olub.

İkinci yarışa isə möhtəşəm başlayan həmyerlimiz elə ilk döngədə liderliyi ələ alıb. Yarışın sonuna qədər üstünlüyünü qoruyub qalib gəlib. Səudiyyə Ərəbistanını təmsil edən Ömər Qazzaz 2-ci yeri tutarkən, 3-cü Culio Peroni olub.

 

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Manşet
Mənbə
Baxış Sayı 1. 718
Teqlər , , ,
Paylaş

logo